Azərbaycanlılara hücum edənlər arasında ASALA terror təşkilatının üzvüləri var - Amerikalı diplomat  

15:43 01.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Los-Ancelesdə ermənilərin azərbaycanlılalara hücumu Amerika ictimaiyyətinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəlməsinə yardım etdi. Hansı ki, bu münaqişədə Ermənistan işğalçı, Azərbaycan isə yalnız öz ərazilərini müdafiə edən tərəf qismində çıxış edir.

Hafta.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza çıxış edib. Onun sözlərinə görə, Los-Anceles merinin erməni diasporunun nümayəndələri tərəfindən azərbaycanlı nümayişçilər və konsulluğuna qarşı zorakılıq əməllərinə verdiyi reaksiya tamamilə haqlıdır. Mer Qarsetti kimin tərəfindən törədilməsindən asılı olmayaraq bu cür ictimai bəyanatla çıxış edib etirazını bildirməyə məcburdur:

"Bundan əlavə, mer şəhər hakimiyyətinin Azərbaycan-Amerika icmasının, konsulluğun təhlükəsiliyinin təmininə zəmanət verdiyini də söyləyib. Los-Anceles meri, polisi və administrasiyasının əsas işi bundan ibarətdir".  

Keçmiş diplomat vurğulayıb ki, yaşanan insident Los-Ancelesin sərhədlərindən kənarda yerləşən ştatlar və ABŞ-ın digər hakimiyyət strukturları tərəfindən o qədər də diqqəti cəlb etməyib. Bu isə o anlama gəlir ki, həlli uzun illərdir mümkün olmayan Dağlıq Qarabağ münaqişəsi ABŞ tərəfindən lazımi diqqəti görmür. Amerika hüquq-mühafizə orqanları azərbaycanlılara hücumlara xüsusi diqqət ayırmalıdır. Bu hücumlarda türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının üzvüləri də iştirak edib. Bu məsələyə xüsusi diqət ayrılmalıdır. Bu vaxta qədər ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşma Azərbaycanın xeyrinə deyildi. Azərbaycanın işğala məruz qalması barədə həqiqətləri Amerika ictimaiyyətinin diqqətinə çatdımağa çalışan jurnalistlər həmişə Amerika Erməni Milli Komitəsi tərəfindən hücumlara v məhkəmə iddialarına məruz qalırdı. AEMK istənilən yola əl atır. Onun keçmiş rəhbəri Murad Topalyan ABŞ-dakı bütün türklərə qarşı terror aktı hazırlamaq və evində partlayıcı maddələr saxlamaq ittihamları ilə həbs edilib. B barədə çox az amerikalı jurnalist danışır".

M.Brayza erməni millətçilərinin azərbaycanlılara qarşı hücumları davam etdiyi halda amerikalı jurnalistlərin və ictimaiyyətin Azərbaycanla Ermənistan arasında əslində nələrin baş verdiyinə daha çox diqqət yönəldəcəyi qənaətindədir.

Oxunma sayı 1592