“Azərsu” "Skype” və “Whatsapp"la müraciətlərin qəbuluna başlayıb

14:41 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.

ASC-dən hafta.az-a bildirilib ki, vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə "Skype” proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. "Skype” vasitəsilə videoqəbul 20-28 mart 2020-ci il tarixlərində saat 10:00-dan 16:00-dək aparılacaqdır.

Bununla yanaşı, “Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbuluna start verilib. Vətəndaşların hər hansı bir sualı yaranarsa (+99455) 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.

Təşkilatın adı

“Skype” ünvanı

“Azərsu” ASC-nin Aparatı

azersu.aparat1, azersu.aparat2, azersu.aparat3

Sabunçu Sukanal İdarəsi

Sabuncu.Sukanal

Suraxanı Sukanal İdarəsi

Suraxani.Sukanal

Xəzər Sukanal İdarəsi

Xezer.Sukanal

Nizami Sukanal İdarəsi

Nizami.Sukanal

Nəsimi Sukanal İdarəsi

Nəsimi.Sukanal

Səbail Sukanal İdarəsi

 

Sebail.Sukanal

Yasamal Sukanal İdarəsi

Yasamal.Sukanal

Xətai Sukanal İdarəsi

Xatai.Sukanal

Nərimanov Sukanal İdarəsi

Narimanov.Sukanal

Binəqədi Sukanal İdarəsi

Binaqadi.Sukanal

Qaradağ Sukanal İdarəsi

Qaradağ.Sukanal

Abşeron Sukanal İdarəsi

Absheron.Sukanal

Sumqayıt Sukanal İdarəsi

Sumqayit.Sukanal

Bağlar Sukanal İdarəsi

Baglar.Sukanal

İqtisadiyyat rubrikasından digər xəbərlər