AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

17:37 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Hafta.az-ın məlumatına görə, bu barədə aparıcı Ülfət Rəhim özüm məlumat verib.

O qeyd edib ki, artıq xeyli müddətdir evdədir. Müalicəm tam başa çatıb, analizlərin cavabları da gözəl çıxıb.

AzTv-dən bildirilib ki, AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır. Onların hər biri ilə QSC tərəfindən əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir:

"Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir".

Oxunma sayı 1826
Media rubrikasından digər xəbərlər