Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən danışdı

12:40 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milli Məclisin buraxılması ilə bağlı YAP-ın Siyasi Şurasının məlum qərarı var. Artıq Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılmasının hüquqi əsaslarını şərh edən sənəd, Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı var. Artıq bütün hüquqi prosedurlar keçirilib".

Bu fikirləri Milli Məclisim vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək:

“Yəni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi, bu seçkilərə hazırıq, iştirak edəcəyik. Qalıb gələcəyimizə çox böyük inamımız var. Bizim inamımızı şərtləndirən əsas cəhət də partiyamızın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezidentin və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir".

Vitse-spikerin sözlərinə görə, Yeni Azərbaycan Partiyası seçkidə ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə onun olacaq:
"Seçki mojaritar sistemlə keçirildə də, hansı partiyadan hansı namizədin olacağını siyasi təşkilat müəyyənləşdirir. Ona görə də YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa onun icrasına bütün partiya üzvləri qoşulacaq. Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat-təşviqat kampaniyası başlanacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək, namizədlərimizi dəstəkləyək".

Siyasət rubrikasından digər xəbərlər