Bakı Media Mərkəzi koronavirusla mübarizə tədbirlərinə ​​​dəstək məqsədilə yeni video​çarx hazırlayıb

21:52 13.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Hafta.az-ın məlumatına görə, videoçarxda, hüquq-mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətində fəaliyyətinə dəstək olunması, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi xüsusi vurğulanır.

Oxunma sayı 147