Bakıda avtomobil piyadanı vuraraq öldürüb

16:19 31.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi  “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Oxunma sayı 1094