Bakıda "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirilib

20:09 05.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis bu gün Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirib. Karantin rejimini pozan şəxslər polis bölməsinə aparılıb.

Qeyd edək ki,  bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən  görüntülər yayılıb.  Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Yayılan görüntülərdə xeyli sayda insanın ümumi hovuzdan istifadə etdiyi də görünür. İnsanlar Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

Oxunma sayı 2798