Bakıda falçı qadının 400 minə  yaxın pulunu “yedi” - Günün təzadları

19:10 10.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvad barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxıldı. Hafta.az-ın yazdığına görə, təqdimata Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə C.Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib, 2017-i ilin əvvəllərində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb. O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb. Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib. Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi 397 min manat pulunu mənimsəyib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

 

Reanimasiyadakı xəstə yerindən qalxaraq iki nəfəri yaraladı

Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanaların birində reanimasiya şöbəsinin pasiyenti cərrah iynəsi ilə iki nəfəri yaraladı. Hafta.az  xəbər verir ki, məlumata  görə, hər iki zərərçəkən qadındır. Bildirilir ki, 42 yaşlı kişi ezofaqal varikoz qanaxması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Onda qəfil kəskin psixoz vəziyyəti yaranıb: xəstə yatağından qalxaraq tibbi aləti əlinə götürüb və yaxınlıqda olan iki xəstəni yaralayıb. Tibb işçilərinin sözlərinə görə, yaralar səthi xarakter daşıyır. Aqressiv pasiyent isə psixiatr yoxlamasından keçib. Hazırda o, reanimasiyada müalicə almağa davam edir.  Polis baş verənlərlə əlaqədar yoxlamalara başlayıb.
 

 

“Kəlbəcər” qızıl şaxtasında 3 erməni öldü

Ermənistanın Kotayk  mərzinin Meqradzor (əsl adı: Tayçarıq) kəndi yaxınlığında yerləşən “Megradzor Gold” şirkətinə məxsus mədəndə zəhərlənən və ölənlər oldu. Hafta.az xəbər verir ki, işğalçı ölkənin Shamshyan.com saytının məlumatına görə,  10 iyuna keçən gecə saat 00:40 radələrində Razdan Tibb Mərkəzindən Razdan Polis Şöbəsinə bir qrup vətəndaşın "kəskin ekzogen mineral qazdan zəhərlənmə" diaqnozu ilə mərkəzə çatdırıldığı bildirilib. Polis Meqradzor kənd sakinləri -  28 yaşlı Vahan Yepremyan, 30 yaşlı Saak Saakyan, 36 yaşlı Ağasi Qazaryan, 34 yaşlı Gehem Xaçatryan, 53 yaşlı Gevorg Yepremyan və 42 yaşlı Vardan Sepoyanın xəstəxanaya aparıldığını müəyyən edib. Məlum olub ki, bu haylar həmkəndliləri 34 yaşlı Baqrat Xaçatryan, 29 yaşlı Hayk Safaryan və 27 yaşlı Aram Qoqolyanın cəsədlərini “Megradzor Gold”a məxsus işləməyən qızıl mədənindən çıxarmaq istəyərkən zəhərləniblər.  Mənbənin dediyinə görə, polis də həmin şəxslərin meyitlətinin yuxarıda adı çəkilən mədən şaxtasının "Kəlbəcər" adlanan hissəsində olduğunu aşkar edib. Ölənlərin adı çəkilən mədəndə şaxtaçı kimi çalışdığı məlum olub. Qeyd edək ki, Meqradzor qızıl mədəni ehtiyatlarına görə hazırda “Ermənistan” adlanan Qərbi Azərbaycan torpaqlarındakı 4-cü mədəndir. Mədəndə saf qızıl ehtiyatının 22 ton olduğu bildirilir.

Onu da xatırladaq ki, Rusiyanın yeni Baş naziri Mixail Mişustinin erməniəsilli anasının məhz türkcə  qədim adı “Tayçarıq” – ermənicə “mişust” mənasını verən Meqradzor kəndində doğulduğu bildirilir.

 

Uşağı xilas edən 19 yaşlı müsəlman gənc özü həlak oldu

Başqırdıstanın paytaxtı Ufada suda boğulan uşağın köməyinə qaçaraq onu xilas edən  19 yaşlı müsəlman bir gənc  özü həlak oldu. Hafta.az  Rusiya mediasına istinadla yazır ki,  faciəli hadisə barədə Başqırdıstan Mülki Müdafiə İdarəsindən məlumat verilib.  Həlak olan gənc Tacikistandan olan  tələbə Xadjimurat Kalandarov olub. “Tacikistan-24” xəbər saytının məlumatına görə, gənc Başqırdıstan Dövlət Universitetinin  birinci kursunda oxuyub.  İyunun 7-də  Belaya çayının sahilində istirahət edən müsəlman tələbə suda boğulan bir uşağı görüb və dərhal köməyə tələsib. Xadjimurat Kalandarov uşağı xilas edib, ancaq özü sudan çıxmağa güc tapmayaraq boğulub. Dalğıclar onun cəsədini bir neçə saatdan sonra tapıblar.

 

ABŞ-da afroamerikalı HHQ qərargah rəisi təyin olundu

ABŞ Konqresi ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) qərargah rəisi vəzifəsinə afroamerikalı general Çarlz Braunun təyin edilməsini təsdiqlədi. Hafta.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. ABŞ tarixində ilk dəfə sözügedən posta qaradərili hərbçi təyin olunub. Ç.Braunun təyinatına senatorlar etiraz etməyib.

Oxunma sayı 316