Bakıda kişi yolda rəqs etdi və maşınları təpiklədi - GÜNÜN TƏZADLARI

18:26 31.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Cümə günü səhər saatlarında paytaxtın Babək prospektində qəribə hadisə qeydə alındı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bir nəfər özünü yolun ortasına ataraq qəza şəraiti yaradıb. Nəqliyyatın intensiv hərəkətdə olduğu prospektdə avtomobil yolunun ortası ilə gəzərək rəqs edən şəxs ətrafdakıların diqqətini çəkib. Ətrafdan sürətlə keçən avtomobillərə məhəl qoymayan şəxs nəqliyyat vasitələrinə təpik atıb.

Təzadlı olayın görüntüləri internet şəbəkələrində yayılıb.

 

Miniətəkli kişi hicablı qadına hücum etdi

Sosial şəbəkələrdə cinsi azlıqlara məxsus bir kişi görkəmlinin Berlin  küçələrinin birində müsəlman qadının başından hicabı çıxarmağa çalışdığı görüntülənən  videonun müzakirəsi başlanıb. Hafta.az-ın Rusiya mediasına istinadən yaydığı xəbərdə deyilir ki, aqressiv homoseksualdan qurtulmağa çalışan qadının köməyinə yaxındakı gənclər gəlib. Həddini aşmış gey "kişi" hətta onu kənarlaşdırmağa çalışan gənclərə də zərbə endirməyə çalışıb. Video-görüntülərdə  kadr arxasındakı səsin qadına hücum edən şəxsin Almaniyada məskunlaşmış Livan vətəndaşı olduğu ortaya çıxıb.

 

9 yaşlı uşaq atasının avtomobilini qaçırdı

Belarusun Mogilyov şəhərində doqquz yaşlı uşaq atasının maşınını oğurladı. Hafta.az-ın yazdığına görə, “Kanal 24” xəbər verir ki, uşaq qaçırdığı maşını oxuduğu məktəbə sürüb. Qaçırılma anı müşahidə kameralarına düşdüyü üçün avtomobilin yeri qısa zamanda müəyyənləşdirilib. Məlum olub ki, atasının evdə olmamasından istifadə edərək məktəbli maşını oğurlayaraq məktəbə sürüb. Maraqlısı odur ki, maşınların çox olmasına baxmayaraq, uşaq problemsiz yarımkilometr yol sürərək maşını məktəbin həyətində park etməyə nail olub.

 

Bakıda polislər gənc kişini ölümdən son anda xilas etdi 

Cümə günü Bakı şəhəri, Xətai rayonu ərazisində polislər vətəndaşı ölümdən xilas etdilər. Hafta.az yazır ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Məlumata görə, bu gün Üzeyir Hacıbəyov küçəsində gənc kişinin halı pisləşib və o, qıc olaraq yerə yıxılıb. Ərazidə olan vətəndaşlar, eyni zamanda polislər həmin şəxsə ilkin yardım ediblər.

Daha sonra yol polisləri halı pisləşən şəxsi 99 YP 436 nömrə nişanlı yol polisi maşını ilə Neftçilər Xəstəxanasına aparıblar. Həkimlərin müdaxiləsindən sonra qıc olan şəxs özünə gəlib.

 

Paris polisi küçələrdə gecələyən 21 azərbaycanlını saxladı

Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirildi. Hafta.az yazır ki, “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var. Belə ki, Parisin şimal-şərqində yerləşən “Aubervilliers” məhəllləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq, idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 nəfər Azərbaycan vətəndaşı da olub.

 

Ağdam sakini Bərdədə gözlənilmədən öldü

Bərdədə 63 yaşlı kişi qəfildən dünyasını dəyişdi. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə yanvarın 30-da, rayonun Zümürxan kəndi ərazisində yerləşən qaçqın düşərgəsində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Hüseyn İsgəndərov yaşadığı ərazidə ürək çatışmazlığından vəfat edib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı