Bakıda mikroavtobus yük avtomobilinə çırpılıb: 1 ölü, 3 yaralı

12:35 11.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Qaradağ rayonunda qəza olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 1581