Bakıda özünü dənizə atan şəxs xilas edilib

16:39 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər

Oxunma sayı 3591