Bakıda qayın yeznəsini bıçaqladı

11:34 11.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb. O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.(APA)

Oxunma sayı 222