Bakıxanovun evi uçmaq üzrədir

16:38 28.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abbasqulu ağa Bakıxanovunevi ətrafında ziddiyyətli vəziyyət yaranıb.

Hafta.az xəbər verir ki, alim-tarixçinin yaşadığı ev Əmircan qəsəbəsində yerləşir və yarasız hala düşməkdədir. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Trend-ə açıqlamasında bildirib ki, həmin ev dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələrinin siyahısında yer almayıb.

Qurumun rəsmisi evin bərpası barədə də söz açıb. O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq şəxsi mülkiyyətdə olan və tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülən abidələr müvafiq dövlət orqanı ilə razılaşdırılmaq şərti ilə mülkiyyətçi tərəfindən təmir-bərpa olunmalıdır.

Oxunma sayı 9597
Mədəniyyət rubrikasından digər xəbərlər