Baş nazir həkim kimi fəaliyyətə başladı – Günün təzadları

18:57 06.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrlandiyanın Baş naziri Leo Varadkarın ölkəsinə koronavirusla mübarizədə kömək etmək üçün həftədə bir gün həkim kimi çalışacağı bəlli oldu.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Varadkar tibb üzrə təhsil alıb və yeddi il həkim kimi çalışıb.

Sonra isə o, siyasətlə məşğul olmağa başlayıb. 2013-cü ildə Varadkarın adı ölkənin həkimlər reyestrindən çıxarılıb.

 

Virusdan ölməmişdən öncə başqasının üzünə tüpürdü

Tailandın paytaxtı Banqkokda qatara minən sərnişinlərdən biri tanımadığı şəxsin üzünə tüpürdü.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, daha sonra tüpürən şəxsin cəsədi qatarda aşkar edilib.

Həkimlər onun koronavirusa yoluxduğunu təsbit edib. O, öləcəyini bildiyinə baxmayaraq, belə ağlasığmaz addım atıb.

Polis koronavirusa yoluxanın kim olduğunu müəyyən edib. 56 yaşlı Anan Saxox Banqkokdan Narathivat şəhərinə gedirmiş.

Sərnişinlər onun qatarda özünü pis hiss etdiyini və dayanmadan qaytardığını bildirib.

 

Karantindən qaçan xəstə 33 sərnişin olan avtobusa mindi

İsrail polisi karantindən qaçan bir koronavirus xəstəsini həbs etdi.

Hafta.az bu barədə İsrail mediasına istinadla məlumat verir.

Qeyd olunur ki, Qüds yaxınlığındakı 30 yaşlı Beytar-Illit sakini 13 gün əvvəl xaricdən qayıdıb və ona koronavirus diaqnozu qoyulub. Buna baxmayaraq kişi karantindən qaçıb və Qüdsə yollanan  avtobusa minib. Avtobusda qaçqın koronaviruslu xəstədən əlavə  33 sərnişin olub.  Onlara özlərini təcrid etmək tapşırılıb. 

Avtobus sürücüsü də nəqliyyat qaydalarını pozduğuna görə 5 min şekel cərimə olunub. Onun avtobusunda 34 sərnişin olub, karantin qaydalara görə isə bu cür ictimai nəqliyyat vasitəsi cəmi 25 nəfəri daşımalıdır. 

 

Təcili Yardım Xidmətinn baş hakimi özünü təcrid etdi

Rusiya paytaxtının Təcili Yardım Xidmətinin baş həkimi Nikolay Plavunov koronavirus şübhəsi ilə özünü kabinetində təcrid etdi. 

Hafta.az-ın Rusiya medasına istinadla verdiyi xəbərdə deyilir ki, baş həkim otağında işinə davam edərək “COVİD-19”  testinin nəticələrini gözləyir. 

 Bundan  əvvəl yayılmış xəbərlərdə  Plavunovun müavini 43 yaşlı Dmitri Qavrilov və daha bir neçə əməkdaşın koronavirusa yoluxması və “COVID-19” testinin müsbət nəticəsindən sonra xəstəxanaya yatırıldıqları bildirilib.

 

Maykl Ceksonun ağ əlcəkləri 104 min dollara satıldı

Pop musiqisinin kralı hesab edilən mərhum müğənni Maykl Cekson ağ, qaşlı əlcəkləri ABŞ-ın Texas ştatında keçirilən hərracda satışa çıxarıldı.

Hafta.az yazır ki, bu barədə “Report” “The Sun”a istinadən xəbər verir.

Qeyd edilir ki, Ceksonun qarderobunun məşhur geyimi 104 031 ABŞ dollarına satılıb. Alıcının adı açıqlanmır.

Yeni sahib həmçinin əlcəyin 1998-ci ildə UNİCEF-ə bağışlandığını ifadə edən məktubu da alıb.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib.

 

Pələng də koronavirusa yoluxdu

Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verdi.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə Vəhşi heyvanların Saxlanılması Cəmiyyətinin (WCS) bəyanatında deyilir.

"Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, digər pələng “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, - press-relizdə deyilir.

“Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik", - deyə xəbərdə əlavə edilib.

Oxunma sayı 227