BƏƏ-də koronavirus xəstəsi kökhüceyrə müalicəsi yolu ilə tam sağalıb  

14:25 13.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kökhüceyrə müalicəsi yolu ilə COVID-19-dan sağalmış ilk xəstə ayağa qalxıb.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, yeni kökhüceyrə müalicəsinin  tətbiq edildiyi 73 pasiyent arasında  ilk sağalan  xəstə reanimasiyada 40 gündən sonra tam sağalıb.

BƏƏ COVID-19-a qarşı mübarizəni necə aparır? Detallara birlikdə nəzər salaq:

- Əbu-Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, qabaqcıl kökhüceyrə vasitəsilə müalicə edilən ağır vəziyyətdə olan koronavirus xəstələrinin bütün xərclərin ödənilməsiniə dair göstəriş verib.

- BƏƏ-də elektron təhsil, COVID-19 böhranı davam edərsə, növbəti tədris ilində də davam edəcək. Təhsil Nazirliyi tərəfindən hazırlanan üç istiqamət şagirdlərin təhlükəsizliyini təmin etmək üçün ənənəvi və distant təhsili özündə birləşdirir.

- Birləşmiş Millətlər Təşkilatına göndərdiyi məktubda BƏƏ hökuməti, bütün vətəndaşların və qonaqların, xüsusən də sosial, iqtisadi, humanitar və insan hüquqlarını qorumaqla, COVID-19 pandemiyasının təsirlərini azaltmaq öhdəliyini vurğulamışdı.

- BƏƏ-də istirahət üçün lüks qalma yerlərinin sayı artmaqdadır, tələbat o qədər yüksəkdir ki, Dubay lüks qalma yerləri keçən ilə nisbətən daha gəlirli ola bilər.

- Əbu Dabidə ölkədə sınaqların genişləndirilməsi və cəmiyyətin rifahının təmin edilməsi səyləri çərçivəsində mobil koronavirus müayinə mərkəzi istifadəyə verildi.

- “Emirates” və “Etihad Airways” BƏƏ rezidentləri üçün ölkəyə uçuşlar həyata keçirməyə başlayıblar. Uçuşlar London, Brüssel, Sürix, Sinqapur və Manila şəhərlərəinə xidmət edəcək. Yükdaşıma qabiliyyəti, həmçinin Əbu Dabi hava limanlarında həftəlik uçuş imkanı 1800-dək artırılıb.

- “Jebel Ali”də 3D çap firması olan Proto21, son həftələrdə laboratoriyalarını zəruri fərdi qoruyucu vasitələr istehsal etmək üçün mərkəzilərə çevirmişdi. Komanda artıq Dubay polis işçiləri üçün 1000-dən çox təkrar istifadə edilə bilən 3D-çap üz örtüklərini təhvil vermişdi.

- BƏƏ hökuməti yeni koronavirus infeksiyasına 783 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 19661-ə çatdığını, ümumilikdə mayın 12-nə 6012 nəfərin virusdan sağaldığını bildirib. Ölüm sayı isə 203-ə çatıb.

Oxunma sayı 152