BƏƏ səfirliyindən əvəzsiz sosial təşəbbüs

12:55 17.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi çox səmimi bir addım atıb.

Səfirlikdən Hafta.az-a verilən məlumatda deyilir ki, bu il iyul ayının 8-də, Nəsimi rayonu mənzil-kommunal istismar sahəsinin əməkdaşı Maya Şamilova vəfat edib. O, Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyinin yerləşdiyi ərazinin təmiz və səliqəli qalması üçün hər zaman böyük səylə çalışıb. Lakin ölkədə hökm sürən məlum pandemiya şəraitinə görə, Səfirlik mərhumla bağlı reallaşdırmaq istədiyi tədbiri bu günlərdə həyata keçirib. Belə ki, BƏƏ səfirliyi sosial təşəbbüs həyata keçirərək mərhumun qızı Sahilə Şamilovaya anasının səfirliyin yerləşdiyi ərazinin səliqəsi üçün göstərdiyi xidmətlərini nəzərə alaraq, Təşəkkürnamə təqdim edib.

Oxunma sayı 3407