Bəhram Bağırzadənin səhhətində müsbət dinamika davam edir - Rəsmi

12:31 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Bəhram bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur.

Bunu hafta.az-a açıqlasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib:

"Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur. Müsbət dinamika davam edir".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

Oxunma sayı 1749
Sosial rubrikasından digər xəbərlər