Bərdədə üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

15:17 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, mayın 18-nə keçən gecə rayon sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KIA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər Bərdə şəhəri ərazisində toqquşub. Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilib, E.Məmmədov orada ölüb.

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunma sayı 186