Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava 

12:22 12.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata əsasən, düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2, Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 mm olub.

İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.

Havanın temperaturu iqlim normasından 1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, aran rayonlarında 31-36, dağlıq rayonlarda 16-19, Naxçıvan MR-da 30-34 dərəcə isti olub.

Oxunma sayı 798
Sosial rubrikasından digər xəbərlər