Biləsuvar rayonunda uşaq həkimi hədələnərək qarət olundu

10:35 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda həkim hədələnərək qarət olunub.

Hadisə Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında baş verib. Xəstəxananın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Məmmədov Eldar Babalar oğlu prokurorluğa müraciət edərək bildirib ki, Həsənov Raqib Rafiq oğlu ona hədə-qorxu gələrək, 1 850 manatını alıb.

Prokurorluqda zərərçəkmiş və bəzi şahidlərin ifadəsi alınıb, faktla bağlı Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

Oxunma sayı 264