Birinci xanım xəstəxanaya yerləşdirildi – Günün təzadları

18:11 16.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildi.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının Məbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, iyunun 12-də Y.Zelenskayaya koronavirus diaqnozu qoyulub. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Xatırladaq ki, Ukraynada indiyədək 32 476 yoluxma faktı qeydə alınıb. Onlardan 14 528 nəfər sağalıb, 912 nəfər ölüb.

 

Bir neçə nazir özünü təcrid etdi

Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünü təcrid etdi.

Hafta.az Musavat.com-a  istinadal xəbər verir ki, bunu ölkənin Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin Mətbuat katibi Samal İbrayev bildirib.

Onun sözlərinə görə, ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev özünütəcrid şəraitindədir: “O bütün işgüzar müşavirələri və danışıqları onlayn rejimdə keçirir”.

Bundan başqa, təhsil və elm naziri Asxat Aymaqambetov, kənd təsərrüfatı naziri Saparxan Omarov və daha bir neçə məmur özünütəcrid rejiminə keçib. Onlar koronavirusa yoluxan səhiyyə naziri ilə birlikdə səfərdə olublar.

Qeyd edək ki, Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub və hospitalda müalicə olunur.

 

Fateh Sultan Mehmetin orijinal portretinin satışa çıxarılacağı bilindi

“National Gallery”də sərgilənən Fateh Sultan Mehmetin dövrümüzə qədər gəlib çatmış üç orijinal portretindən birinin İngiltərənin paytaxtında satışa çıxarılacağı bəlli oldu.

Hafta.az  xəbər verir ki, bu haqda Oxu.az məlumat yayıb.

Osmanlı sultanının italiyalı rəssam Centile Bellini tərəfindən 1480-ci ildə çəkilən portreti “Christie's” hərrac evində satılacaq. Fateh Sultan Mehmetin başqa bir insanla təsvir edildiyi yeganə portret sayılan əsər hərracın ən diqqətçəkən işlərindən olacaq.

Əsərin 400-600 min funt sterlinqə satışa çıxarılacağı ehtimal olunur.

 

Milli Məclisin iki əməkdaşı koronavirusa yoluxdu

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında  mütəmadi aparılan testlər  nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında “COVİD 19” testinin nəticəsi müsbət çıxdı.

Hafta.az yazır ki, Musavat.com bununla bağlı Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Bildirilir ki, onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

 

Xaçmazda əyləncə təşkil edən 11 nəfər cərimələndi

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olundular.

Hafta.az yazır ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Oxunma sayı 1512