Biz bu gün hər zamankından daha çox həmrəy olmalıyıq - politoloq

16:18 15.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyulun 14-də Bakıda baş tutan aksiya olduqca qürurverici hadisə oldu, Azərbaycan xalqının öz ordusuna, onun Ali baş komandanına olan dəstəyinin çox parlaq bir nümayişi kimi tarixə yazılacaq. Xalqımız bir daha sübut etdi ki, Ermənistanın xain planları Azərbaycanı və onun mərd xaqlını əsla öz yolundan döndərə bilməz, xalq Ali baş komandanın səfərbərlik əmrini gözləyir.

Bu sözləri hafta.az-a politoloq Nəzakət Məmmədova dünənki vətənpərvərlik nümayiş etdirən mitinqçilər haqqında danışarkən dedi. Politoliq bildirdi ki, xalqımız üçün həlledici bir dövrdə Azərbaycan polisinin karantinə baxmayaraq, xalqın etirazını anlayışla qarşılayaraq ona müdaxilə etməməsi də çox gözəl bir addım, xalqın Qarabağ tələbinə dəstək oldu:
" Polislərimiz də kilometrlərlə yolu aksiya iştirakçıları ilə birlikdə qət edərək, həm asayişin təhlükəsizliyini təmin etdi, eyni zamanda xalqın öz fikirlərini tam azad şəkildə ifadə etməsinə hər cür şərait yaratdı. Çox alqışlanası bir hal idi ki, aksiya iştirakçıları heç bir siyasi məzmunlu şüar səsləndirmədilər, yalnız Qarabağ, vətən, Ali baş komandana dəstək arzularını bildirərək, səfərbərlik tələb etmiş, döyüşlərə qatılmaq istəklərini ifadə etmişlər. Təbii ki, meşə çaqqalsız olmaz, bir qrup qaragüruh kütlə fürsətdən istifadə edib təxribat törətməyə cəhd edəndə dərk etməli idi ki, bizi düşmənlər də izləyirlər, düşmən ordusu bizim hərbçilərimizi, dinc əhalini şəhid etdiyi bir zamanda bu cür hərəkətlər ən alçaq davranışlardır. Dövlət və xalq arasında düşmənçilik əhval-ruhiyyəsi yaratmaqla heç nəyə nail olmaz, biz bu gün hər zaman olduğundan daha çox həmrəy olmalıyıq, Ali baş komandanın ətrafında hamımız birləşməliyik".

Oxunma sayı 2249
Siyasət rubrikasından digər xəbərlər