Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır - Azərbaycan Prezidenti

12:52 31.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır.

Hafta.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Siz orada - muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz?" sualına cavabında deyib.

Dövlət başçısı bildirib:

"Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etməyə hazırıq".

Oxunma sayı 251
Siyasət rubrikasından digər xəbərlər