Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik - Ali Baş Komandan 

12:40 31.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı:

"Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".

Oxunma sayı 222
Siyasət rubrikasından digər xəbərlər