Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq - Ceyhun Bayramov

13:21 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan tərəfi olaraq biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq.

Hafta.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində "CNN Türk" kanalına Ermənistan-Azərbaycan münqişəsi barəsində danışarkən deyib.

Nazir bildirib ki, münaqişənin siyasi yolla həll olunması üçün kifayət qədər beynəlxalq hüquqi baza mövcuddur. Hələ 1993-cü ildən başlayaraq BMT-nin 4 qətnaməsi var. Həmin 4 qətnaməyə əsasən, Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrinin çıxarılması, Azərbaycanın məcburi köçkünlərinin həmin ərazilərə dönməsinin təmin edilməsi tələb olunur:

"Eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpa olunması tələbi irəli sürülmüşdür. Eyni tələblər müxtəlif beynəlxalq təşkilatların sənədlərində, qətnamə və qərarlarında da öz əksini tapmışdır. Belə olan təqdirdə məsələnin siyasi dialoq yolu ilə həlli aydındır.

Hesab edirik ki, burada Ermənstan tərəfinə beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən ciddi təzyiqlər olmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir və dönməzdir. Həmin o qətnamələr tam olaraq yerinə yetirilməlidir".

Oxunma sayı 751
Siyasət rubrikasından digər xəbərlər