Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münxendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq - Hikmət Hacıyev

13:14 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, ədalətli sualları gördük.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, qərb jrunalistikasında belə bir deyim var ki, yalnış sual yoxdur, yalnış cavab var. Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yalnış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq:

"Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı sualar var idi. Ermənstanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Kankret sual qoyuldu ki, bunun ya "Hə" cavabı var, ya "Yox" cavabı var".

H.Hacıyev qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var. Ümumilikdə müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsini Münxen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq.

Oxunma sayı 1497
Siyasət rubrikasından digər xəbərlər