Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır - Vətəndaşlardan Prezidentə məktubdan

14:16 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 “Hörmətli cənab Prezident.

Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır.

Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq.

Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun.

Hörmətlə,

Zeynalov Rauf Fikrət oğlu

Salayeva Ləman Nəriman qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.

 ***

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layıqli yer tutmuşdur. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır.

Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əhmədova Elvira İsmayıl qızı

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

*** 

“Hörmətli cənab Prezident.

İlk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə “ASAN Həyat” kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır.

Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Vaqif Cahangir oğlu

Azərbaycan Respublikası, Ağcabədi şəhəri”.

*** 

“Möhtərəm cənab Prezident.

Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Respublikamızda təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik. Məhz Sizlərin diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif yerlərində körpələr evi-uşaq bağçaları əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchis edilir.

Salyan rayonunda da geniş quruculuq, abadlıq, təmir işləri göz önündədir. Salyan şəhər N.Babayev küçəsində yerləşən 9 saylı uşaq bağçası öz istismar müddətini başa vurduğu üçün onun yerində müasir standartlara cavab verən 60 yerlik uşaq bağçasının tikilməsi bizi çox sevindirir. Fidan balalarmız üçün belə bir müasir uşaq bağçasının tkilməsinə görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Qədirov İlqar Eldar oğlu

Hacıyeva Püstə Eldar qızı

Əsgərova Sürəyya Hüseynağa qızı

Axundov Taleh Yuriq oğlu

Almasova Lamiyə Yəhya qızı və başqaları.

Azərbaycan Respublikası, Salyan şəhəri”.

Oxunma sayı 2933
Siyasət rubrikasından digər xəbərlər