Brüsseldə xəsarət almış gənclərimizin adından şikayət verəcəyik - İlkin Hüseynov

15:05 25.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatlarından sonra dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız etiraz aksiyaları təşkil etdilər. Lakin erməni təxribatı dinc aksiyalarda da özünü göstərdi. Ayı-ayrı ölkələrdə etiraz edən soydaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılıq halları tətbiq olundu. Bu cür qarşıdurmalardan ən böyüyü Avropanın siyasi mərkəzi sayılan Brüsseldə yaşandı. Onlarla həmvətənlimiz təxribatlar nəticəsində ağır bədən xəsarətləri aldılar. Büsseldə yaşanan olaylar və son durum barədə hata.az-ın budəfəki müsahibi Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Idarə Heyətinin üzvü İlkin Hüseynovdur. Diaspor fəalımızla müsahibəni sizlərə təqdim edirik:

     

- Hal-hazırda biz - Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və səfirlik burada hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Artıq 17 nəfər saxlanılıb. Xəsarət almış gənclərimizin adından şikayət verəcəyik. Belçika qanunları çox yumşaqdır. Əgər şikayət olmasa, saxlanılan təxribatçı ermənilər 1 ay ərzində buraxılacaqlar. Ona görə də, hüquqi cəhətdən maksimum cəza almaları üçün çalışırıq. Dövlət tərəfindən də bizə dəstək var. Xəsarət alanlara vəkillər tutulur və başqa yardımlar da edilir. Hələki hansısa təxribat və ya çaxnaşma yoxdur. Özüm də gənclərlə danışıram ki, heç kim heç nə etməsin. Hamı evində otursun.

- Bir az da hadisələrin gedişi barədə məlumat verərdiniz. Necə başladı olaylar, gözləyirdinizmi?

- Keçən həftə ermənilərin bizim Hollandiyadakı səfirlimizin qarşısında mitinqi var idi. Orada da analoji hal baş verdi. Lakin məsələ bu qədər böyüməmişdi. Hollandiya polisi hadisələrin böyüməsinə imkan verməyərək vaxtında qarşısını aldı. Orada da ermənilər soydaşlarımıza daş atmışdılar. Biz fikirləşdik ki, artıq qarşıdurma yaranmaz. Aksiyaya gələnlər Hollandiyadakı kimi eyni şüarları səsləndirdilər. Gözləyirdik ki, bizim də, onların da mitinqi bu qaydada bitsin dağılışaq. Tapşırılmışdı ki, saat ikiyə qədər hamı səfirliyə daxil olsun. Təbii ki, gecikənlər də var idi. Gecikənlər arasından gəncləri 20-30 nəfərlik erməni qrupu təkləyib döyməyə, xəsarət yetirməyə çalışdılar və bu olaylar yaşandı.

- Polisin təxribata əl atan eməniləri hansı maddələrlə saxladıqlarını bilirsiniz?

- Yəqinki xuliqanlıq maddəsi ilə saxlayıb. Həmçinin mülkiyyətə zərərvermə maddəsi də var. Bu da ağır cəza sayılmır. Ona görə də çalışırıq şikayət verək. Onlar daha ağır cəza alsınlar. Şikayətimizin əsasını qəsdən sağlamlığa zərərvermə maddəsi təşkil edəcək.

- Brüssel Avropanın siyasi mərkəzi sayılır. Bel bir olayın yaşanması Belçika hakimiyyəti və Avropanın siyasi dairələri tərəfindən necə qarşılanır?

- Soydaşlarımıza qarşı törədilən təxribatlarla bağlı hələki hər hansı bəyanat və ya açıqlama verilməyib. Səfirliyimiz tərəfindən Belçikanın Xarici İşlər Nazirliyi və polis orqanları ilə danışıqlar aparılıb. Ancaq açıq söyləmək gərəkirsə, Brüssel polisi bir az yumşaqdır.

- Mətbuatın olaylara yanaşması necə oldu?

- Yerli mətbuat onların etirazlarından yazdı. Amma çalışırlar ki, bitərəf mövqe sərgiləsinlər.

- Belçikada yaşayan soyaşlarımıza hər hansı təhdidlər varmı?

- Hər hansı bir təhdid çıxışı yoxdur. Lakin sosial şəbəklədə paylaşılan bir erməninin şəkili var idi ki, onun da təxribatlarda olduğu deyilirdi. Həmin adam video-müraciət elədi. Bildirdi ki, Brüsseldə yaşayıram və aksiyada bir erməni kimi iştirak etmişəm. Lakin qarşıdurmalarda iştirak etməmişəm. Olayların bu həddə çatmasını qınayıram. Başqa hər hansı təhdid mesajları gəlməyib.

- Bu İrəvandan verlmiş sifarişdir, yoxsa Avropadakı ermənilərin özünün fəallığıdır?

- Fikrimcə bu Avropadakı erməni diasporasının planı idi. Avropadakı və İrəvandakı ermənilərin düşüncələrinin nə dərəcədə eyni olduğunu bilmirəm. Ancaq görünən odur ki, erməni diasporası daha aqressivdir.

- Bundan sonra hansı addımları atmağı panlaşdırırsınız?

- Diaspor təşkilatları olaraq çalışırıq Avropa Parlamenti də daxil olmaqla bütün Avropanın siyasi strukturlarına özümüzün şikayət müraciətlərimizi ünvanlayaq. Hüquqi tərəfdən Belçika polisi ilə mütəmadi əlaqədə olmağa çalışırıq. Təbii ki, biz azərbaycanlılar olaraq ermənilər kimi Belçikada qarışıqlıq yaranmasının tərəfdarı deyilik. Çünki, onlar kimi addım atsaq bu ermənilərin lehinə işləyəcək. Planımızda yeni etiraz aksiyasının keçirilməsi də var. Lakin çalışırıq insanların təhlükəsizliyinə maksimum zəmanət verilsin. Hələlik dəqiq tarix məlum deyil. İnanırıq ki, Belçika polisi əvvəlki olaylala müqayisdə daha çox önləm alacaq. Özümüz də aksiyaya qatılacaq insanların təhlükəsizliyini təmin etməyə çalışacağıq.  

Oxunma sayı 3971