Bu gün Bakıda 500-dən çox küçə dezinfeksiya edilib

19:18 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

BŞİH-dən hafta.az-a verilən xəbərə görə, saat 18-00-a kimi davam edən  tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib. 

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcək.

Oxunma sayı 3020
Sosial rubrikasından digər xəbərlər