Yazını böyüt
Yazını kiçilt
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 511 milyon 375 min ABŞ dolları dəyərində 42 min 827 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 156-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 39 min 853-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2705-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 113-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.