Bu metrostansiyanın ödəmə terminallarından istifadə olunacaq

11:34 11.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

11 avqust tarixindən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

BNA-dan hafta.az-a verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Bildirilir ki, sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Oxunma sayı 2081
Sosial rubrikasından digər xəbərlər