Bu yolda hərəkət məhdudlaşdırılır

11:37 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur:

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Oxunma sayı 1130