Bu yollarda xətlənmə işləri aparılacaq

21:55 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün axşam saat 22:00-dan səhər saat 06:00-dək Şıxəli Qurbanov küçəsi və Tiblisi prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Oxunma sayı 2710
Sosial rubrikasından digər xəbərlər