Cəlilabadda açıq sahədə yanğın başlayıb

14:54 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Hafta.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 2 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunma sayı 2586