Cəlilabadda ərzaq mağazası yanıb

14:06 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda ümumi sahəsi 399 m² olan birmərtəbəli ərzaq mağazasının lambirindən ibarət tavanı 81 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 131