Cəmil Həsənli yenə də xalqı aşağıladı - “Milli Şura”nın zoom müşavirəsi 

20:12 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkəklərdə AXCP və “Milli Şura”nın “zoom” toplantısının davamı olan yeni videogörüntülər yayılıb. Bu dəfə də ənənə pozulmayıb. Yenə də Azərbaycan xalqını aşağılayan fikirlər, Əli Kərimli ətrafında yaradılmış fonun puç olması və s. 

İndi isə yayılan videoda aparılan "müzakirələrə" nəzər yetirək. 

Amerikada oturaraq Azərbaycana "siyasi tarix" dərsi verməyə çalışan Cəmil Həsənli bu dəfə də xalqı aşağılayıb. Əli Kərimlinin blokada şousu növbəti dəfə ifşa edilib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən də göründüyü kimi, Vahid Məhərrəmli istirahətdə olan Kərimlinin adından cəbhəçi və milli şuraçıların trolluq fəaliyyətini yüksək qiymətləndirir.

Vidadi Mirkamal isə qeybətxananın lağ obyekti fransız Rahim Hacıyevin kəlləsinə ilişir: "Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?"

Cəmil Həsənli: "Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar".

Vahid Məhərrəmli: "Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi - gəlmədi, bu, elə də əhəmiyyətli deyil, əsas odu yazdıq".

Göründüyü kimi, yenə də heç bir mənası olmayan, dövlətin və millətin taleyüklü məsələlərindən kənar şəxsi söhbətlər.

Oxunma sayı 1224
Siyasət rubrikasından digər xəbərlər