Ceyhun Bayramov sabah Gürcüstana səfər edəcək

12:58 22.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Gürcüstana səfər edəcək.

Bu barədə hafta.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, o cümlədən münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda iki ölkə arasında reallaşdırılan qarşılıqlı layihələr müzakirə ediləcək.

Oxunma sayı 2471
Siyasət rubrikasından digər xəbərlər