Çin son 3 ayda 50 milyard qoruyucu maska ixrac edib

12:18 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində tibbi avadanlıq və ləvazimat ixracını artırıb.

Hafta.az bildirir ki, martın 1-dən bəri 50,9 milyard ədəd qoruyucu maska, 216 milyon qoruyucu geyim, 81,03 milyon eynək, təxminən 1 milyard cüt əlcək ixrac edib. Bundan başqa, xarici ölkələrə 162 milyon test dəsti, 26,43 milyon ədəd infraqırmızı termometr, 71 min 700 süni tənəffüs aparatı göndərilib.
Bildirilir ki, pandemiya ilə mübarizədə istifadə üçün avadanlıq və ləvazimatların ixracı apreldən başlayaraq sürətlə çoxalıb. Belə ki, aprelin əvvəlində gündəlik ixrac 140 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 500 milyon dollara yaxınlaşır.

Oxunma sayı 197