Çində 6 nəfər maskalının iştirakıyla 2 dəqiqəlik toy keçirildi – Günün təzadları

18:17 13.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çində tüğyan edən koronavirus bu ölkədə yeni toy ənənəsinin yayılmasına səbəb oldu.

Hafta.az yazır ki, bu barədə “Report” “Sinxua” agentliyinə istinadla xəbər verir. Bildirilir ki, ölkənin Çinin şərqindəki Şandun əyalətində cütlük "təhlükəsiz" nikah mərasimi nümunəsi göstərib. Açıq səma altında toy cəmi iki dəqiqə davam edib. Mərasimdə cəmi 6 nəfər iştirak edib: bəy - Çjan Lun, gəlin - Çen Syao və onların valideynləri. Mərasim iştirakçılarının hamısı maskadan istifadə edib. Toyu gəlinin atası aparıb, onun anası isə cütlüyün şəkillərini çəkməklə məşğul olub. "Yaranmış vəziyyət əlaqədar biz toya qonaq çağırmamamağa və banket təşkil etməməyə qərar verdik", - Çjan Lun deyib.

Tamada ikidəqiqəlik toyda tez, qısa çıxış edib, cütlüklər səmaya və torpağa, valideynlərə və bir-birilərinə təzim ediblər. Amma onların hətta kəbin andlarını içməyə imkanları olmayıb.

 

Gənclər “Valentin günü”nün əleyhinə aksiyalara başladı

İndoneziyada bir qrup gənc fəal  “Valentin günü” adlanan qondarma “sevgililər günü”nün qeyd edilməsinin yolverilməzliyini xatırladan aksiyalar təşkil etməyə başladı. 

Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, “Tanpa Pacaran” (“Nikahdankənar görüşsüz İndoneziya”) təşkilatı onunla unikaldır ki, cütlüklərin rəsmi nikaha girməzdən əvvəl ayrılıqda hər hansı bir romantik münasibətinə qarşı çıxırlar. 

“Tanpa Pacaran” mütəmadi olaraq gənclərlə görüşlər, mitinqlər keçirir, qız və oğlanların evlənmədən öncə istədikləri kimi görüşməsinin yolverilməzliyi barədə vərəqə və broşuralar paylayır. Fevralın 14-də təşkilatın fəalları, yeniyetmələr üçün geniş bir tədbir keçirəcək və nikahdan kənar münasibətlərin insanın mənəvi və fiziki sağlamlığını məhv etməsi haqda danışacaqlar. Gənclərə xatırladılacaq ki, İslam standartlarına, yəni Allahın qanunlarına görə birgə münasibətlərdə olmaq, yaşamaq üçün dərhal evlənmək lazımdır və "oğlan və qız" münasibətlərinin Qərbin bizə təlqin etdiyi vəziyyəti müsəlman dünyagörüşünə tamamilə ziddir. Belə münasibətlər bəşəriyyətdə əxlaqsızlığın, zinakarlığın baş alıb getməsinə  gətirib çıxarır.

 

Ceyranbatanda valideynlər yeni məktəb direktorunu qovdu?

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirdi.

Hafta.az-ın verdiyi xəbərə görə, Nazirlikdən Report-a bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:

"Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur. Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub".

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedaqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər. Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir.

 

Metroda dalaşan siçanların fotosuna görə mükafat qazandı

İngiltərəli fotoqraf Sem Rouli London metrosunda dalaşan iki siçanın şəklini çəkdi və  şəkil mükafat qazandı.

Hafta.az Musavat.com-a istinadal xəbər verir ki, siçanlar metro platformasında yemək üstündə dalaşıb.

Şəklin müəllifi Sem Rouli İlin Təbii Həyat Fotoqrafı nominasiyası üzrə mükafata layiq görülüb.

Fotoqraf bu şəkli çəkmək üçün London metrosunda 1 həftə keçirib.

 

Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi - Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istədi. Hafta.az-ın Rudiyanın Lenta.ru saytına  istinadla verdiyi xəbərdə deyilir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Aysultan sığınacaq istəməsinə səbəb kimi ailəsinin ona təzyiq göstərməsini göstərib.

Qazaxıstanın birinci prezidentinin nəvəsi həmçinin Rusiya və Qazaxıstan hökuməti arasında irimiqyaslı korrupsiya işi haqqında məlumatının olduğunu söyləyib.

O, bütün detalları “The Times” qəzetinə müsahibəsində açıqladığını da diqqətə çatdırıb.

Xatırladaq ki, 29 yaşlı Aysultan Nazarbayev 2019-cu ilin oktyabrında Londonda polisə hücum etdiyinə görə şərti cəzaya - sınaq müddətinə məhkum edilmişdi. Hökm 18 aylıq sınaq müddətini, narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.

A.Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızının - Dariqa Nazarbayevanın və kürəkəni, mərhum Rahat Əliyevin oğludur.

 

Bakıda xəstəxananın dam örtüyü qopdu

Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopdu. Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.