Çində pandemiyaya rəğmən it əti festivalı başladı – Günün təzadları

18:36 22.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yeni tip koronavirusun  ortaya çıxdığı Çində it əti festivalına start verildi. Hafta.az Musavat.com-a  istinadən bildirir ki, iyunun 22-də Çinin Guanksi əyalətinə bağlı olan Yulin bölgəsində müzakirələrə səbəb olan it əti festivalına start verilib. Ölkənin dörd bir yanından çoxlu sayda ticarətçilər it əti almaq üçün festivala axışıblar. Festivalda minlərlə it kəsilərək, satışa çıxarılıb. Məlumata görə festival 10 gün davam edəcək. Çin mütəxəssisi Peter Li hər kəsə xəbərdarlıq edərək bildirib ki, it ətindən də insanlara müxtəlif viruslar yoluxa və nəticədə yeni pandemiya başlaya bilər. Yəni, it ətində bu potensial var. Mütəxəssis onu da qeyd edib ki, it ətinin satışını qadağan edəcək qanuna ehtiyac var.

 

Yol polisi postlarda İslama aid broşuralar payladı

İyunun 22-də Rusiyada faşist Almaniyasının keçmiş SSRİ-yə hücumunun başlanmasının növbəti ildönümü ilə əlaqədar qeyd olunan  Anma və Kədər günündə İnquşetiya Respublikasında polisin iştirakı ilə əhalinin mənəvi-əxlaqi tərbiyəsi mövzusunda  maraqlı aksiya keçirildi. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə,  İnquşetiya Respublikası Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi aksiya çərçivəsində yol polisinin stasionar postlarında sürücü və sərnişinlərə “Müsəlman dövlət qulluğunda ” və “İslamda vətənə sevgi” məlumat broşuraları paylanacaq. Aksiya vətənpərvərlik, vətənə məhəbbət, insanlara sevgi tərbiyəsi aşılmaq, İslam nöqteyi-nəzərindən özünü böyük bir ölkənin vətəndaşı kimi tanımağın vacibliyini anlatmaq məqsədi ilə həyata keçirilir.

 

Yəhudilərin avtobusda maska taxmaqdan imtina etdiyi bilindi

Statistik rəqəmlərə görə, İsraildə koronavirusa yoluxma sayının gündən-günə artsa da, ictimai nəqliyyatda yüzlərlə sərnişinin maskalardan istifadə tələbinə məhəl qoymadığı bəlli oldu. Hafta.az xəbər verir ki,  bu haqda yerli “Walla” nəşri məlumta yayıb. Sosial şəbəkələrdə şahidlərin və nəqliyyat sistemi işçilərinin dediyinə görə, israillilərin əksəriyyəti ya maskadan ümumiyyətlə istifadə etmirlər, ya da onu səhv taxırlar. Beer-Şeva sakinləri də maska taxmaq tələbinə məhəl qoyulmamasından şikayət edirlər. Şəhər sakinlərinin dediyinə görə, sərnişinlər avtobuslarda maskalardan imtina edir və fiziki məsafə qaydalara əməl etmirlər. Avtobus şirkətləri deyirlər ki, avtobus sürücüləri sərnişinlərdən yalnız maska taxmağı xahiş edə bilər, ancaq  maska taxmadığına görə sərnişini bayıra çıxara bilməzlər.

Avtobus Sürücüləri Birliyi hökuməti avtobuslarda sürücüləri sərnişinlərdən ayıracaq və sağlamlıqlarını qoruyacaq arakəsmələrin quraşdırılması üçün vəsait ayırmağa çağırıb.

 

Zaqatalada  yaşayış evini ildırım vurub yandırdı

Zaqatalada fərdi yaşayış evini ildırım vurdu. Hafta.az  xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə,  bazar  günü axşam saatlarında Zaqatala şəhəri ərazisində Həbib Muxtar oğlu Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.Yanğın baş verən evdə hazırda yaşayış yoxdur. Ev sahibləri qonşu Rusiya Fedarasiyasında yaşayır.

 

30 saniyədə 3 kişini vurub yerə yıxdı

Türkiyənin paytaxtı Ankarada bir nəfər üç kişini 30 saniyədə zərərsizləşdirdi. Hafta.az yazır ki, bununla bağlı DHA məlumat yayıb. Bildirilib ki, 26 yaşlı kikboksçu Ümit Ö. yolda üç nəfərlə mübahisə etdi. Ona hücum ediləcəyini görən idmançı təpik və yumruqla 30 saniyə ərzində hər üç şəxsi cəzalandırıb. Təhlükəsizlik kameralarına əks olunan dava məhəllə sakinlərinin müdaxiləsi ilə yekunlaşıb.

 

Şeron Stounu ildırım vurdu

Məşhur Hollivud ulduzu Şeron Stounu ildırım vurdu. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, ildırım vurmanın təsirindən aktrisa mətbəxin digər tərəfində yerləşən soyuducuya çırpılıb. Yaşadığı hadisənin şokundan ayrıla bilməyən aktrisanın köməyinə anası çatıb. Aktrisa olanları bu cür xatırlayıb: "Həyətimdə su quyusu var. Ütüyə su doldurmağa çıxdım. Quyuya ildırım düşdü və sudan gələn elektrik məni göyə qaldırıb mətbəxin o biri tərəfindəki soyuducuya çırpdı". Aktrisa hadisə nəticəsində huşunu itirdiyini deyib:"Hadisə vaxtı anam evdə idi. Mən huşumu itirmişdim. Anam üzümə sillə vuraraq məni özümə gətirdi. O qədər qəribə bir hiss idi ki, sözlə ifadə edə bilmirəm. Təcili avtomobilə minib, xəstəxanaya getdim".

 

Şirvan sakini iki bacının oğurluğuna məruz qaldı

Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri olan iki bacı saxlanıldı.

Hafta.az yazır ki, DİN Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də Sabirabad rayon sakini M.Aslanlının cibindən 1 100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan iki bacı saxlanıb. Araşdırma aparılır.

 

Oxunma sayı 2857