DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb

16:24 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət alan digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunma sayı 173