DİN məşhur oteldə saxlanılanlarla bağlı məlumat yayıb - VİDEO

21:00 05.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl etməyən şəxslər saxlanılıblar.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Oxunma sayı 3382