DİN təxribatçı ilə bağlı araşdıma aparır

17:25 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünəndən “Whatsapp”da “qardaşlar, səfərbərlik elan olundu, 812-ci diviziyanı vurdular, dağıtdılar, əsgərlərimiz öldü, generalımız öldü”,- deyə ağlayaraq, insanlar arasında panika yaradan şəxsin ictimailəşdirilən videosundan da aydın görünür ki, o, əsl təxribatçıdır.

Hafta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O bildirib ki, həmin şəxslə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri tərəfindən qınağa tuş gələn "Reşad Mamedov" adlı istifadəçi status yazaraq, “mən azərbaycanlıyam, sadəcə hissə qapıldım”, - deyə özünə bəraət qazandırmağa çalışıb.

Oxunma sayı 2251
Sosial rubrikasından digər xəbərlər