Daşkəsənə qonaq gedənlər cərimələnib - FOTO

12:59 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gələnlər də olub.

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Oxunma sayı 743