Dayə silahla uşağı yaraladı - Günün təzadları

18:15 28.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dayə əlində tapança ilə selfi çəkmək istəyərkən təsadüfən 10 yaşlı uşağı yaraladı. Hafta.az  Moderator.az-a istinadla yazır ki, hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib. Məlumata görə, 19 yaşlı Keytlin Smit 10 yaşlı qohumuna baxıb. Qız silahı tapandan sonra onunla selfi çəkmək istəyib. Bu an o, təsadüfən atəş açıb. Güllə uşağın qarnına dəyib. Oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bununla belə, həkimlər onun sağalacağını bildiriblər. Smit “yetkinlik yaşına çatmayan uşağa zərər vermək” maddəsi ilə həbs olunub.

 

Sərxoş nənə nəvəsini uşaq arabasında aşırdı

Rusiyanın Kalininqrad şəhərində sərxoş qadın nəvəsini gəzdirdiyi uşaq arabasını aşırdı.  Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisəyə şahidlik edən şəxs telefonu ilə hadisəni çəkərək ictimailəşdirib. Şahidlər bildirir ki, körpənin əlində siqaret qutusu olub. Ətrafdakılar sərxoş qadını ayaq üstə qaldırsalar da, o, növbəti dəfə uşaq arabasını aşırıb. 

 

Yeni doğulmuş körpə koronavirusa qalib gəldi

Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrıldı. Hafta.az-ın yazdığına görə, “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, körpənin anasına hələ hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub. Nəticədə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub. Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb. “2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, - xəstəxananın həkimi bildirib.

 

 Polislər mollalarla birgə maarifləndirmə aksiyası keçirdi

Dağıstan Respublikası Müsəlman Ruhaniləri İdarəsinin (Müftilik) maarifləndirmə şöbəsinin əməkdaşları Babayurt rayonunun yol polisi ilə birlikdə "Yol qaydalarına əməl edin" devizi altında aksiya təşkil etdilər. Hafta.az  bu haqda Rusiya mediasına istinadla xəbər verir.  İbrətamiz tədbirə Dağıstan Respublikası Müftiliyinin Şimal Ərazi Dairəsi üzrə səlahiyyətli nümayəndəsi İlyas Umalatov, bələdiyyənin imamı İramdin Muxajirov, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin Babayurt rayonu üzrə rəisi Murtuzali Datsaev, eləcə də didər din xadimləri və polis əməkdaşları qatılıb. Aksiya çərçivəsində avtomobil sahiblərinə İslam baxımından yol hərəkəti qaydalarına riayət olunması və  sürücülük etikası barədə məlumatları özündə əks etdirən xüsusi kitabçalar paylanılıb. “Yollar, nəqliyyat vasitələri – biz insanlar üçün Allah-Təalanın mərhəmətinin bir nümunəsidir. Bütün bunlardan təhlükəsiz istifadə etmək üçün müəyyən təlimatlar, qaydalar mövcuddur. Əgər bu qaydalara əməl etməsək, digər insanlara da, özümüzə də maddi və ya fiziki cəhətdən zərər vura bilərik" - deyə Dağıstan Müftiliyinin nümayəndəsi sürücülərə müraciətində bildirib.

 

25 yaşlı model göz döyməsindən kor oldu

25 yaşlı polşalı model Aleksandra Sadovska göz bəbəyinə döymə etdirdikdən bir neçə saat sonra kor oldu.  Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Polşanın Vroslav şəhərində yaşayan 25 yaşlı gənc qız bu döyməni heyranı olduğu repçiyə görə etdirib.  Reper Popekin etdiyi göz döyməsindən xoşlanaraq, onu təqlid etməyə çalışan gənc model artıq bir gözünü tamamilə itirib.  Döyməsini etdirib, evə getdikdən bir müddət sonra gözlərində ağrı hiss edən Aleksandra vəziyyət barədə tatuistə xəbər verib. Tatuist Aleksandraya bunun normal olduğunu və ağrıkəsicilər qəbul etməsini deyib. Bir müddət sonra sağ gözünü tamamilə itirən Aleksandra özünü təcili xəstəxanaya çatdırıb. Həkimlər erkən gəlməsə idi, onun qısa müddətdə sol gözünü də tamamilə itirə biləcəyini deyib.  Aparılan araşdırmalar zamanı “Piotr A” ləqəbli tatuistin bu döymə haqqında geniş məlumatı olmadığı ortaya çıxıb. O, sadəcə, pul üçün bunu etdiyini və nə qədər təhlükəli olduğunu etiraf edib. Hazırda həmin tatuist həbs olunub. Onun ən azı 3 il həbs cəzası alacağı gözlənilir.