Del Pyero xəstəxanaya yerləşdirilib

11:21 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib.

ABŞ-ın Los-Anceles şəhərində müalicəyə alınan futbol veteranının böyrəklərində daş aşkarlanıb.

Bunu Alessandronun özü açıqlayıb. O, sosial şəbəkədəki paylaşımında xəstəxanaya düşməsinin koronavirusla bağlılığı olmadığına aydınlıq gətirib: “Hələ də inana bilmirəm ki, belə balaca 3 millimetrlik şey bu qədər problem yaratsın”.

 
Qeyd edək ki, 1993-2012-ci illərdə “Yuventus”da oynayan Del Pyero 6 çempionluq, bir kubok, dörd Superkubok qazanıb, Çempionlar Liqasının qalibi olub.

Oxunma sayı 207