Diqqət və qayğınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk  -  İsmayıllı rayon sakinləri adından

11:00 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız bütün İsmayıllı sakinləri kimi, Hacıhətəmli kənd sakinlərinin də sevincinə səbəb olmuşdur. Sərəncamınızla uzun illər susuzluqdan əziyyət çəkən Hacıhətəmli kənd sakinləri içməli su ilə təmin olunacaq və kəndin əsas problemlərindən biri həllini tapacaqdır. Bu böyük diqqət və qayğınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda Sizə yeni uğurlar diləyirik.

İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri adından dərin hörmət və ehtiramla,

Maqsud Hüseynov

Nazim Ağakişiyev

Əvəz Kərimov

Əlişir Babliyev

Ramil Salmanov və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi.

Oxunma sayı 746
Siyasət rubrikasından digər xəbərlər