Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi: Dil normalarına riayət olunmalıdır

21:21 16.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edib.

Hafta.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı müvafiq Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilir:

“8.4. Dövlət orqanının internet informasiya ehtiyatında dövlət dili normalarına riayət olunması təmin edilməlidir.”.

Oxunma sayı 1805
Siyasət rubrikasından digər xəbərlər