Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb - Dövlət Xidməti

15:07 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi çağırışı həyata keçirir.

Trend-in məlumatlna görə, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, əgər hər hansısa səfərbərlik olarsa hərbi hissələrdən kadr istənilərsə xidmət həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharbə dövründə zərurət yaranarsa xidmət hazırladığı kadrları xidmətə göndərə bilər: "Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilərlər. Bəzi şəxslər fikir səsləndirilər ki hərbi xidmətə getmək istəyirlər. Bildririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Cənab Prezidentin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.

 Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.

Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildurir ki bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz kömnüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal üaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər də var onlar da qeydiyyata alınır".

Oxunma sayı 1218
Gündəm rubrikasından digər xəbərlər