Dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır - Mövlud Çavuşoğlu

15:17 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmayıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində deyib.

M.Çavuşoğlu bildirib ki, bölgədə vəziyyətin gərginləşməsində günahkar Ermənistan hakimiyyətidir.

Nazir əlavə edib ki, dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır:

“Çünki Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Hər zaman Azərbaycanın yanında olacağıq. Eyni zamanda Azərbaycanın diplomatik nümayəndəliyi olmayan ölkələrdə Azərbaycan vətəndaşları Türkiyə konsulluqlarına müraciət edə bilərlər”.

Oxunma sayı 263